İstehlakçı davranışının marketinq araşdırması: məsafə saxlayaraq necə keçirmək olar? Onlayn biznes vektor.

Onlayn iş. Onlayn həyat. Dünyada mümkün olan hər yerdə onlayn fəaliyyət. Lakin tələbatlar yenədə mövcüddur. Amma həmin tələbatların özü və prioritetlər dəyişir. Biznes onlayn işləmək istiqamətini seçməyə məcburdur və daha çox daimi gəlir qazanmaq ehtiyacını duyur. Daha çox səhvlərdən qaçmağa çalışır və ən çox nəticə gətirə bilən istiqamətlərə resursları yönəltmək məqsədi ilə istehlakçıları araşdırmağa səy göstərir. Bunların nə olduğunu necə öyrənə bilərik? Bunu təxmin etmək mümkündürmü?

Müştərini onlayn tanımaq = hazırkı şəraitdə effektiv fəaliyyət aparmaq deməkdir.

Şərait və resurslar məhdud olduqda, lakin məqsəd auditoriyası barədə məlumat əldə etmək zəruriyyəti ilə qarşılaşdıqda nə etmək lazımdır? CAWI metodu ilə araşdırmalar hətta sərt karantin zamanı lazımi məlumatı öyrənməkdə kömək edir. Və təxminlərə əsaslanmayan, kor-koranə hərəkət etməyə meyilli olmayan sahibkarlar bu aləti aktiv şəkildə istifadə edirlər. Karantin dövründə bu araşdırma layihələrinə təlabat xeyli artıb.

(CAWI) Computer Assisted Web Interviewing internetdə onlayn-anket vasitəsilə keçirilən sorğudur. Profilli proqram təminatı və internet resursları ilə aparılan tədqiqat metodudur.

İstehlakçı davranışının marketinq araşdırmalarında CAWI metodu artıq uzun müddətdir istifadə olunur və digər metodlarla yanaşı, öz effektivliyini sübut edib.

CAWI metodunun 5 əsas üstünlüyü:

  • QİYMƏT. Bu, müvafiq məlumatları təqdim edən ucuz və kifayət qədər effektiv bir sorğu metodudur. Belə layihədə fərdi intervyülərin aparılmasına, əlaqədar materialların toplanmasına əlavə əmək resurslarının tələb olunmadığını və istehlakçının sorğu anketini şəxsi cihazından doldurduğunu nəzərə alsaq, layihənin məlumat toplamaq üçün xərcləri azalır.
  • RELEVANTLIQ. Sorğunu keçirmək üçün profilli proqram təminatı məlumatların doğru olub-olmamasını yoxlamağa imkan yaradır. Araşdırmanın iştirakçısı anketi yalnız bir dəfə doldura bilər. Sistem bütün əldə edilən məlumatları yaddaşda saxlayır. Proqram araşdırmanın mahiyyətinə zidd olan auditoriyanı sorğudan kənarlaşdırır. 
  • İNTERAKTİVLİK. Sifarişçi informasiyanın toplama prosesini izləmək, anketdə düzəlişlər etmək və ilkin analiz etmək imkanına malikdir.
  • VAXT. 1000 respondentdən intervü toplamaq vaxt məsələsidir və fiziki olaraq 1 intervüyer 1 günə məhdud sayda insanla işləyə bilər. Əlavə olaraq, bu intervyülər günün ancaq müəyyən vaxtında keçirilə bilər. Onlayn anket isə bütün sutka ərzində əlçatandır, iştirakçı istənilən saatda ona uyğun olan vaxtı sərf edib sorğudan keçə bilər. 
  • OPTİMALLAŞDIRMA. Anketin suallarından ibarət hissə hazırlıq mərhələsində tərtib edilir. Əvvəlki cavablarına uyğun olaraq respondent üçün suallar seçən filtr sistemi yaradılır.

CAWI araşdırmasının standart anketi 3 əsas blokdan ibarət olur:

  • Salamlaşma və araşdırmanın məqsədinin qısa təsviri, həmçinin araşdırmada iştirak etmək üçün motivasiyalar;
  • Suallardan ibarət blok;
  • Araşdırmada iştirak üçün təşəkkür, motivasiyanı əldə etmək üsulu barədə məlumat.

Anket, araşdırmanın məqsədləri və respondentlər üçün motivasiya sifarişçinin və hazırlanma mərhələsindən analitik hesabatın tərtib edilən ana kimi bütün layihənin gedişatına cavabdeh olan komandanın birgə gördüyü məsələdir. 

Karantin dövründə CAWI araşdırmalarına tələbat 3 dəfə artdı: şirkətlər artıq təxminlərə əsaslanmaq əvəzinə öz strategiyalarını cari şəraitdə mövcud resursları istifadə edərək indiki reallığa adaptasiya etməyə başladılar.

4Service isə öz növbəsində biznesə CAWI araşdırmaları xidmətini təklif edir. Analitik şöbənin təcrübəsi və sorğu araşdırmasının keçirilməsi üçün 72000 insanın qeydiyyatda olduğu onlayn-portalın mövcudluğu bu cür layihələri uğurla reallaşmasını təmin edir.

CAWI metodu ilə aparılan istehlakçı davranışının marketinq tədqiqləri layihələri üzrə şirkətin müştəriləri siyahısında Azərbaycanda Araz supermarketlər şəbəkəsi, Qazaxıstanda  “XABAR” telekanalı və Blgroup tikinti şirkəti, Ukraynada “ВОЛЯ”, UNILIN, Stikon, Orto-Line kimi şirkətlər var.

Şərhlər

ellipse
[cf7-form cf7key="exit-form"]