Merçandayzinq – məhsulların hazırlanması, onların reklamı, həmçinin ticarət fəaliyyətinin təşviqi ilə əlaqəli ticarət sisteminin optimallaşdırılması.
Eyni kateqoriyadan çoxsaylı məhsulların arasında brendinizin məhsullarını önə çıxarmağa imkan verir.
Merçandayzerin vəzifələri:
- məhsulların planoqrama uyğun düzülməsi;
- qalıqların anbarla müqayisə edilməsi;
- qiymətlərin düzgünlüyünün yoxlanması;
- həyata keçirilmə müddətlərinə nəzarət;
- piştaxtadakı məhsulların yerinin dəyişdirilməsi;
- pos-materialların yerləşdirilməsi.
Lazım olduqda hal-hazırda rəqiblərdə olan qiymət və promo-aksiyalar kimi əlavə faydalı məlumatlar əldə etmək mümkündür. Həmçinin, analitik məlumatlarla fotohesabat təqdim olunur.
Ticarət zalında merçandayzer məhsulların təzəliyi, qiymətlərin aktuallığı, qiymət etiketlərinin düzgünlüyü, reklam materiallarının mövcudluğu, aksiyalar barədə məlumatlar, qalıqların müqayisə edilməsinə görə cavabdehdir. Düzgün merçandayzinq sayəsində piştaxtalardakı məhsullar görkəmli görünüşə malik olur.
Merçandayzinq kimə və niyə lazımdır
- birbaşa məhsul istehsalçılarına
Satıcı-konsultant satış nöqtəsində məhsulu plaqnoqrama uyğun yerləşdirməyə bilər. Ticarət zalında merçandayzinq standartları pozulduğu halda, şirkət mənfəəti tam əldə etmir. Bu düzülməsinə görə merçandayzerin cavabdeh olduğu reklam materialları üçün də keçərlidir. Şirkət aksiyanın keçirilməsinə vəsait yatırır, lakin mağazada aksiya barədə məlumat verilmədiyi halda alıcı aksiyanı görməyəcək və alış-veriş etməyəcək.
Merçandayzinq necə həyata keçirilir?
Merçandayzinqə bir neçə mərhələ və proses daxildir:
- ilkin hazırlıq: xidmət meneceri və əməliyyat komandası təyin edilir, menecer proqram təminatına buraxılan və əməliyyat-sahə şöbəsinə ötürülən təlimatı tərtib edir;
- merçandayzinq komandası marşrut üzrə yollanır və, təlimat və planoqrama uyğun olaraq satış nöqtələrində işə başlayır;
- müştəri analitika ilə gündəlik hesabat əldə edir
Şirkətiniz üçün 4Service merçadayzinqinin üstünlükləri
- bütün ölkə ərazisi, o cümlədən ştq, kəndləri əhatə etmə. Hər regionda supervayzer və merçandayzerlərimiz var;
- merçandayzerlərin smartfonlarına quraşdırılan yenilikçi proqram təminatından istifadə;
- müştərilər üçün mobil tətbiq – “Şəxsi kabinetdə” bütün mərhələlərdə onlayn izləmə imkanı;
- operativlik və reaksiya sürəti. Hər gün “Şəxsi kabinetinizdə” merçandayzinqin aparıldığı nöqtələr, məhsul qalıqları, kifayət qədər POS-materialın olub-olmaması barədə onlayn hesabat əldə edirsiniz. Bu merçandayzerin marşrutunun strukturunu həmin gün dəyişməyə və, çatışmayan məhsul və POS-materialları düzməyə imkan verir;
- məlumatların mötəbərlliyi geolokasiya ilə əlaqəndirməklə foto-, video təsdiqlə təmin olunur. Merçandayzer lokasiyaya hər daxil olub çıxanda yoxlamadan keçir. Merçandayzerin ticarət nöqtəsində nə qədər vaxt keçirdiyi, növbəti nöqtəyədək nə qədər vaxt sərf etdiyini bilirik. Bütün bu məlumat qrafiklərdə təqdim olunur, bu marşrutları optimallaşdırmağa imkan verir