Marketinq tədqiqatları – əsaslı marketinq qərarlarının qəbul edilməsi məqsədilə məlumatların sistematik şəkildə toplanması, emalı və təhlilidir.
Müxtəlif bazarlarda istehlakçıların davranışı daima dəyişir. Şirkətlər fəaliyyətini təkmilləşdirmək üçün bazar dinamikasını izləməli və inkişaf strategiyasını yenidən nəzərdən keçirməlidir.
Marketinq tədqiqatları – biznesin idarə olunması zamanı strateji və taktiki qərarların qəbul edilməsi üçün lazım olan ən vacib məlumat mənbələrindən biridir.
Marketinq tədqiqatının effektivliyi bir sıra prinsiplə – sistemlilik, komplekslik, obyektivlik, qənaətlilik, müntəzəmlik, operativlik, çeviklik, dəqiqlik – təmin olunur.
Xüsusiləşdirilmiş proqram təminatından istifadə edirik:
PRADATA:
SHOPMETRICS:
SURVEO:
OKTELL (çağrı mərkəzi):
4SHOPPERS:
İstənilən tədqiqatın vəzifəsi qərar qəbul edənləri maksimal dərəcədə dəqiq, mötəbər və uyğun biliklərlə təmin etməkdir.
Buna görə də tədqiqatçı kimi marketinq tədqiqatları sahəsində xidmətlərimizin müştərilərimizin bizə müraciət etdiyi suallara maksimal dərəcədə uyğunlaşdırılması üçün çalışırıq.
Keyfiyyət tədqiqatları – istehlakçının psixologiyası, dəyərləri, dərin davranış motivləri, brendin emosional qavrayışı barədə daha tam məlumat əldə etmək üçün istifadə olunur. İnsanların etdikləri və dediklərini müşahidə edərək məlumatların toplanması, təhlili və şərh edilməsindən...
BHT – Brand Health Tracking (Brendin sağlamlığının trekinqi) Brand Health Tracking (bazarda brendin mövqeyinin tədqiqi) – tanınma, tələbat, imic, brend istehlakçılarının xarakteristikası, brendin sağlamlığı və s. kimi göstəricilərə görə brendin bazardakı vəziyyəti barədə məlumatın dinamikada olunması üçün müəyyən dövriliklə aparılan marketinq tədqiqatıdır. 4Service arsenalında həm təkrar ölçmələrin aparılması...
Dərin müsahibə – strukturlaşdırılmamış dərin müsahibə. Bu müsahibə nəticəsində tədqiqatçını maraqlandırılan suallarla bağlı geniş cavablar alınmalı və mülahizələr eşidilməlidir. Müddəti – 30 dəqiqədən 3 saatadək. Dərin müsahibələr dəqiq struktura malik deyil. Tez-tez “çoxpilləli təhlil” istifadə olunur. Müsahibə götürən şəxs ilk növbədə ümumi suallar verir, daha sonra isə daha məqsədyönlü suallara keçir. Dərin...
DESK RESEARCH Kabinet tədqiqatı (desk research) — bazar haqqında əlçatan mənbələrdən əldə olunan təkrar məlumatın toplanması, tədqiq olunması, sistemləşdirilməsi və təhlili. Beləliklə, əlçatan məlumat mənbələrində (dövri mətbuatda, iqtisadi nəşrlərdə, statistik məlumat kitabçalarında, şirkətdaxili hesabatlarda və s.) olan məlumatlar toplanır, müəyyən qaydada emal olunur və obyektiv bazar vəziyyətini əks etdirən hesabatda bir araya...
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq