Kabinet tədqiqatı (desk research) — bazar haqqında əlçatan mənbələrdən əldə olunan təkrar məlumatın toplanması, tədqiq olunması, sistemləşdirilməsi və təhlili. Beləliklə, əlçatan məlumat mənbələrində (dövri mətbuatda, iqtisadi nəşrlərdə, statistik məlumat kitabçalarında, şirkətdaxili hesabatlarda və s.) olan məlumatlar toplanır, müəyyən qaydada emal olunur və obyektiv bazar vəziyyətini əks etdirən hesabatda bir araya gətirilir.
Kabinet tədqiqatı terminitədqiqatın formatı və mahiyyətindən əmələ gəlib, “masadan qalxmadan”, yəni “sahə tədqiqatları” aparmadan – artıq mövcud olan məlumatların tədqiqi, təhlili və sistemləşdirilməsi üzrə iş aparmaq.
Kabinet tədqiqatları əldə olunmalı olan məlumatın hamı üçün əlçatan olduğu hallarda aparılır.
Kabinet tədqiqatları məhsulu yeni bazara çıxarmazdan əvvəl, əmtəə çeşidlərinin genişləndirilməsi, reklam kampaniyalarının işə salınması və tələbat qeyri-bərabər olduğu hallarda aparılmalıdır.
1) Kabinet tədqiqatlarının aparılması sahəsində 17 illik ekspertiza, bu məlumatları daha dərindən təhlil etməyə, dinamikanı izləməyə və kompleks həlləri formalaşdırmağa imkan verir.
2) Bir sahə kəsimində işləyən dar ixtisaslı analitiklər komandası.
3) Kabinet tədqiqatları zamanı alınan məlumatların toplanması, emalı, tədqiqi, sistemləşdirilməsi və təhlilinin müəllif metodikaları
Bazardakı ümumi vəziyyətlə bağlı kabinet tədqiqatları ildə bir dəfə aparılır. Tələbatın dəyişməsi və rəqiblərin fəaliyyətinin izlənilməsi üçün kabinet tədqiqatları hər ay aparılır.
Rəqiblərin təhlili / Rəqib kəşfiyyatı – proseslərin ölçülməsi
Kəmiyyət tədqiqatları – kabinet tədqiqatlarının ikinci mərhələsi
Keyfiyyət tədqiqatları – istehlakçının psixologiyası, dəyərləri, dərin davranış motivləri, brendin emosional qavrayışı barədə daha tam məlumat əldə etmək üçün istifadə olunur. İnsanların etdikləri və dediklərini müşahidə edərək məlumatların toplanması, təhlili və şərh edilməsindən...
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq