Dərin müsahibə – strukturlaşdırılmamış dərin müsahibə. Bu müsahibə nəticəsində tədqiqatçını maraqlandırılan suallarla bağlı geniş cavablar alınmalı və mülahizələr eşidilməlidir. Müddəti – 30 dəqiqədən 3 saatadək.
Dərin müsahibələr dəqiq struktura malik deyil. Tez-tez “çoxpilləli təhlil” istifadə olunur. Müsahibə götürən şəxs ilk növbədə ümumi suallar verir, daha sonra isə daha məqsədyönlü suallara keçir.
Alətin əsas üstünlüyü – HA-nın çətin əl çatılan olduğu hallarda belə istehlakçılardan əks əlaqə almağa imkan yaradır. Gizli davranış motivlərini, bəzən isə hətta istehlakçıların da təxmin etmədiyi motivləri aşkar etmək mümkündür.
10 gün – layihənin hazırlanması;
10 gün – tədqiqatın aparılması;
10 gün– analitik hesabatın hazırlanması.
1. Respondentlər bir-birindən coğrafi baxımdan uzaqda olduğu və ya onların sayı az olduğu təqdirdə;
2. Müzakirə olunan mövzu daha çətindir və onu yalnız spesifik, unikal peşəkar bilik və bacarıqlara malik insanlar açıqlaya bilər;
3. Sorğu spesifik hədəf auditoriya arasında keçirilməli olduğu halda;
4. Sorğu spesifik xüsusiyyətlərə malik olan, yəni müəyyən sahələrdə məşğuliyyəti olan, yüksək vəzifələr tutan, gəlir səviyyəsi yüksək olan, standartdankənar həyat tərzi sürən, premium sinif məhsul və xidmətlərdən istifadən edən respondentlər arasında keçirilməli olduğu halda;
5. Respondentin fikri qrupun fikrini üstələdiyi hallarda (məsələn, fokus-qrupda);
6. Alıcının mürəkkəb davranışının daha dərindən anlaşılması üçün (alış motivləri, alıcının qavrayışı, gözləntiləri, alış-verişdən məmnunluq səviyyəsi)
7. İstənilən məxfi, incə, şəxsi mövzu və ya sualların tədqiqi üçün
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq