Fokus-qruplar

Fokus-qrup(fokus-qrup diskussiyası) – əsas məqsədi verilmiş mövzuda birgə diskussiya zamanı istehlakçılardan əks əlaqə almaq olan keyfiyyət tədqiqatlarının növüdür.

Fokus-qrupların keçirildiyi hallar:

  • müəyyən problemlərlə bağlı insayt axtarışı;
  • hipoteza formalaşdırmaq zərurəti;
  • reklam olunan məhsulun sınaqdan keçirilməsi;
  • müəyyən məhsul və xidmətin satışının aşağı səviyyədə olması;
  • xidmətlə bağlı əks əlaqənin toplanması;
  • istehlakçı tərəfindən məhsul/xidmətin seçilməsi və alınması zamanı qərarın qəbul edilməsinin əsl motivlərinin müəyyən edilməsi;
  • rəqib şirkətlərdə istehlakçıları cəlb edən vacib üstünlüklərin müəyyən edilməsi;
  • istehlakçının reklam və PR-aksiyalarınızı necə qiymətləndirdiyi barədə məlumatın əldə olunması
  • məhsulun yeni qablaşdırmasının sınaqdan keçirilməsi;
  • şirkətin firma üslubunun təkrar dizaynı.

 

Fokus-qrupların vəzifələri:

  • müəyyən problemlərlə bağlı insayt və hipoteza axtarışı
  • fikirlərin yürüdülməsi (məsələn, buraxılan məhsulların, onların dizaynı, qablaşdırmasının təkmilləşdirilməsi və ya yeni məhsulların hazırlanması istiqamətlərinə münasibətdə);
  • istehlakçıların “dilinin” öyrənilməsi (hədəf auditoriyanın istifadə etdiyi terminologiya, bu məsələn, reklam kampaniyasının keçirilməsi, kəmiyyət tədqiqatları üçün anketlərin tərtib olunması zamanı faydalı ola bilər;
  • istehlakçılarımn sorğuları, qavrayışı, motivləri, tədqiq olunan məhsula, markasına, onun təbliği üsullarına münasibəti ilə tanış olma, bu marketinq tədqiqatının məqsədlərinin müəyyən edilməsi zamanı olduqca vacibdir;
  • kəmiyyət tədqiqatları zamanı toplanmış məlumatların daha yaxşı başa düşülməsi. Bəzən fokus-qrupların üzvləri aparılan tədqiqatın nəticələrini daha yaxşı başa düşməyə kömək edir;
  • məhsul, xidmət, brend, reklamın müəyyən növlərinə emosional və davranış reaksiyasının tədqiqi;
  • səhvlərin qarşısının alınması: fokus-qruplar yeni ideyalarda (reklam, promouşen və ya məhsul) kobud səhvlərin olub-olmamasının yoxlanması üsulu kimi;
  • məhsul və ya xidmətin və servisin təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsi.

 

Fokus-qrup layihələrinin həyata keçirilməsi müddəti – 21 gündən başlayaraq:

10 günlayihənin hazırlanması;

1-5 güntədqiqatın aparılması;

10 günanalitik hesabatların hazırlanması.

 

Niyə məhz 4Service-in fokus-qrupları:

  • tədqiqat nəticələrinə görə sifarişçimiz qrup şəklində diskussiyanın tam video və/və ya audioqeydini, nəticə və tövsiyələrlə analitik hesabat əldə edir;
  • moderatorlarımız – respondentlərin tələbatları, tərcih və istəkləri barədə mötəbər məlumat əldə edən peşəkar psixoloqlar. İştirakçıların rəğbətini qazanmağa və insanın özünü narahat hiss etdiyi, çəkindiyi və toplumdan seçilməmək üçün özünü aldatmağa başladığı “reptil təfəkkürü” aradan qaldırmağa kömək edən metodlardan istifadə edir.
  • fokus-qrupları respondentlərin tədqiqatdan zövq aldığı və lazımi məlumatları açıq şəkildə verdiyi şəkildə keçiririk;
  • dərin insaytların əldə olunması üçün qruplara xüsusi təsir texnikalarından istifadə edirik;
  • keyfiyyətli respondentlər: sifarişçinin şirkətlərinin sifarişçinin bütün tələblərinə uyğun seçilmiş əsl istehlakçıları;
  • ekspertlərimiz diskussiyanın bütün təfərrüatlarını təhlil edir:respondentlər nə deyir, hansı söz və intonasiyalardan istifadə edir, bu və ya digər suallara hansı ardıcıllıqda cavab verir. Bu cür yanaşma subyektiv əhəmiyyəti əks etdirir və faydalı məlumat verir.
  • sifarişçiyə hipotezaları formalaşdırmağa kömək edir, onları fokus-qrupları və əlavə alətlər vasitəsilə təsdiq və ya təkzib edirik.

Fokus-qrup keçirdikdən sonra əldə edəcəkləriniz:

  • istehlakçının seçiminə necə təsir edə biləyəciniz barədə məlumat;
  • istehlakçılardan məhsul və xidmətinizin əhəmiyyətli xüsusiyyətlərinin yaxşılaşdırılması ilə bağlı yeni ideyalar;
  • xidmətin effektiv şəkildə mövqeləndirilməsi və təkmilləşdirilməsi üçün yeni istiqamətlər;
  • istehlakçılarınıza lazım olanlar barədə anlayış;
  • istehlakçılarınızın sizə və rəqiblərinizə münasibəti barədə məlumat;
  • satış həcminin aşağı olması problemlərinin həllini tapmaq imkanı və əlavə rəqabət üstünlüyü.

 

Maksimal effektivliyə nail olmaq üçün kompleksdə aşağıdakılar həyata keçirilir:

Fokus-qrupların nəticəsində əldə olunmuş hipotezaların təsdiqlənməsi və yoxlanması üçün kəmiyyət tədqiqatları aparılır.

32%-i

Ukraynalıların ildə bir dəfə zərgərlik məmulatları alır

Sorğu

37%-ni

Respondentlərin Viber/WhatsUP göndərişləri qıcıqlandırır

Tədqiqat

-4.3

sığorta şirkətləri sahəsi üzrə

NPS

30%-i

Avropa sakinlərinin xidmət sürətindən razıdır

CAWI

29%-nin

Geyim mağazalarında standartdankənar konsultasiya respondentlərin gözləntilərini üstələyib

Sorğu

92,4%-i

İstehlakçıların danışıqlarınınё insanlar barədə müştəri təcrübəsinə aiddir

Web Social Media

+30%

Bayramdan öncəki günlərdə xidmətin keyfiyyəti artır

Mystery Shopping

63%-i

Müştərilərin şirkətlərin sosial şəbəkə vasitəsilə dəstək təklif edəcəyini gözləyir

CAWI

Bloq

Blog İstehlakçı davranışının marketinq araşdırması: məsafə saxlayaraq necə keçirmək olar? Onlayn...
Onlayn iş. Onlayn həyat. Dünyada mümkün olan hər yerdə onlayn fəaliyyət. Lakin tələbatlar yenədə mövcüddur. Amma həmin tələbatların özü və...
  • 31 Jan 2021
  • 414
[cf7-form cf7key="exit-form"]