Bu müsahibə götürən şəxsin ciddi şəkildə strukturlaşdırılmış anket üzrə respondentlə bilavasitə ünsiyyətdə olduğu kəmiyyət xarakterli məlumatların toplanması üçün əsas üsullardan biridir.
Şəxsi müsahibələr respondentlərin iş və ya yaşayış yeri üzrə, küçədə və ya müəyyən satış nöqtələrində aparıla bilər.
4Serviceşirkəti PAPI vasitəsilə şəxsi müsahibələr apara bilər. Bu müsahibə götürən şəxsin respondentə sualları şəxsən verdiyi və aldığı cavabları kağız anketdə qeyd etdiyi sorğu texnikasıdır. Həmçinin, CAPI təcrübədə tətbiq olunur. Bu müsahibə götürən şəxsin respondentə sualları şəxsən verdiyi və aldığı cavabları noutbuk, smartfon və ya planşetdə elektron anketə yazdığı sorğu texnikasıdır.
CAWI (Computer Assisted Web Interviewing) – İnternet şəbəkəsi vasitəsilə anketləmə texnikasıdır. Respondent elektron anketi müsahibə götürən şəxsi köməyi olmadan doldurur. Anket elektron poçtla göndərilə və ya saytda yerləşdirilə bilər.
Əsas nəticələrə giriş müştəriyə veb-interfeys vasitəsilə real vaxt rejimində təqdim oluna bilər.
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq