Telefonla sorğular(CATI)– kəmiyyət marketinq tədqiqatlarının aparılması zamanı tətbiq olunan informasiyanın toplanması üsuludur. Respondentlər arasında əvvəlcədən hazırlanmış anket əsasında telefonla sorğunun keçirilməsindən ibarətdir.
Bu üsulun əsas üstünlükləri operativlik, nisbətən aşağı qiymət, işlərin keyfiyyətinə nəzarət üçün böyük alət arsenalının olması, həmçinin respondentlərin çətin əl çatılan kateqoriyaları arasında sorğunun keçirilməsi imkanıdır. Bütün danışıqlar yazılır, audioyazılar isə sonradan dinlənilə bilər.
Zənglər həm təsadüfən generasiya olunan nömrələr bazası, həm sifarişçi tərəfindən təqdim olunan xüsusi seçilmiş və ya şəxsi respondent bazamız üzrə həyata keçirilə bilər.
4Service telefonla müsahibələrində kütləvi marketin şirkətləri üçün xüsusi həllərdən istifadə olunur.
CATI (Computer Assisted Telephone Interviewing ) –dəqiq strukturlaşdırılmış anket üzrə telefonla müsahibələrin keçirilməsi ilə kəmiyyət əsaslı məlumatların toplanması metodologiyasıdır. 4Service bu texnologiyanın həyata keçirilməsi üçün iki kommunikasiya platformasından – Infinity və Oktell istifadə edir.
Xidmətin keyfiyyətini yaxşılaşdırmağa, əlini nəbzində saxlamağa və müştəriləri ilə əlaqədə qalmağa çalışan şəbəkə mağazaları və şirkətlər, həmçinin müxtəlif növ axtarış tədqiqatlarının aparılmasında maraqlı olan şirkətlər.
Bu məlumatların mötəbərliyinə təminatınızdır.
B2B ilə iş təcrübəsi. Hüquqi şəxslərlə işləyir, biznes və sənayenin müxtəlif sahələrində aparıcı mütəxəssislər arasında sorğu keçiririk.
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq
Sizinlə əlaqə saxlayacağıq və
bütün suallarınızı cavablandıracağıq